İnsanlara hürriyət, millətlərə istiqlal!

Keniyalı fəal: Ermənistanın tikdiyi metallurgiya zavodu görünməmiş ekoloji zərərlərə səbəb olacaq

320 29.06.2023 19:46 Siyasət A A

Ermənistanın Azərbaycanla sərhəddə tikintisini apardığı metallurgiya zavodu sərhədyanı bölgədə görünməmiş ekoloji zərərlərə səbəb olacaq.

Bunu APA-ya açıqlamasında keniyalı vətəndaş cəmiyyəti fəalı Stefen Anquva Şikoli deyib.

O, qeyd edib ki, dünyanın müxtəlif bölgələrində olan bu cür məsuliyyətsiz müəssisələrin, zavod və fabriklərin ekoloji fəsadları yalnız fəaliyyət göstərdikləri bölgələri əhatə etmir.

“Bu cür müəssisələrin fəsadları həm də qlobal iqlim dəyişikliyində hiss olunur. Təəssüf ki, dünyanın bir çox yerlərində, eləcə də Afrikada bu cür fabriklər mövcuddur. Zavodun tikintisinə ona görə qarşıyam ki, onun tullantıları geniş ekoloji zərərlərə səbəb olacaq, iqlim dəyişikliyinə töhfə verəcək. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq bu problem hər birimizi maraqlandırmalıdır. Ona görə də mən çayları, ətraf-mühiti çirkləndirəcək belə bir zavodun dünyanın hər hansı bir yerində tikintisinə qarşıyam. Yaxşı olardı ki, bu zavodun tikintisinə ayrılacaq vəsait məktəb və xəstəxanaların tikintisinə yönəldilsin”, - Stefen Anquva Şikoli deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR