İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdən gələn var: Başlıbelli jurnalist qətliamı anladır - CANLI

478 18.04.2022 15:17 Gündəm A A

Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib.

Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Bu gün məhz həmin Başlıbeldə qətliamının törədilməsindən 29 il ötür.

Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədiblər.

Aprelin 16-da Prezident Administrasiyasının tapşırığı əsasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qətliamda şəhid olanların ailə üzvləri, hadisədən sağ çıxmış şəxslərin bəzilərinin, həmçinin jurnalistlərin Kəlbəcərin Başlıbel kəndinə səfəri təşkil olunub. Səfərdə iştirak edənlərdən biri “Yeni Müsavat” qəzetinin yazarı, özü Başlıbel kəndindən olan Etibar Seyidağadır.

TVMusavat-ın saat 15:30-da canlı yayınında Etibar Seyidağa 29 il, 15 gün sonra azad edilmiş doğma kəndinə səfərinin təəssüratlarını bizimlə bölüşür.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR