İnsanlara hürriyət, millətlərə istiqlal!

"Keçmiş siyasətçilərin başına gələnləri yaşadıq" - Ərdoğan

617 10.05.2023 13:47 Son xəbər A A

"Keçmişdə ölkəmizə xidmət etmiş siyasətçilərin başına nə gəlibsə, hamısını yaşamışıq. Budur, 21 ildir millət adına apardığımız mübarizədə çirkin ssenarilər, məhkəmə qərarları ilə sözümüzü kəsmək istəyirdilər".

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında yazıb.

"Gezi hadisələri ilə küçələrimizi yandıraraq bizi qorxutmağa çalışdılar. İndi cənab Kamalın bunun "montaj" olduğunu etiraf etdiyi qeydlərə əsasən dekabrın 17-dən 25-nə kimi onlar milli iradəni ələ keçirməyə cəhd ediblər.

İyulun 15-də FETÖ-cü vətənə xəyanət dəstəsinin əli ilə birbaşa həyatımızı hədəfə aldılar. İŞİD-dən PKK-ya qədər bütün terror təşkilatlarını üstümüzə atdılar. Onların hamısının məqsədi xalqın seçki qutusunda verdiyi səlahiyyəti zorla geri almaq idi.

Amma lazım olanda canımız bahasına demokratiyamızı müdafiə etdik. Separatçı təşkilatın xain hücumlarında çoxlu həmkarlarımızı itirdik.

Seçki məntəqələrimizə bombalar atıldı, bir çox qardaşlarımız təzyiqlərə, təhqirlərə məruz qaldı.Bütün təxribatlara məruz qalsaq da, qanundan, demokratiyadan, legitimlikdən kənara çıxmadıq. Biz heç vaxt seçki qutusunun və ya qutunun şərəfinə xələl gətirməmişik. Nə deyəcəkdiksə, qutuda dedik, qutudan keçirdik.

Biz bəziləri kimi qulağımıza pıçıldayan Qərb güclərinə deyil, “Anadolu bilgisinə” güvəndik.

Bu gün biz 85 milyon insanın uzaqgörənliyinə və fərasətinə arxalanırıq".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR