İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş səfirdən Azərbaycana HÜCUM etmək istəyənlərə SENSASİON XƏBƏRDARLIQ - Türkiyə dərhal...

1999 30.03.2024 18:35 Siyasət A A

“Ermənistan bir dövlət ola bilmədi. Fransa gəl deyir, ora gedir, Avropa İttifaqı gəl deyir, gedir. Kim nə istəyirsə, onu edir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

HULUSİ MUSAVAT.jpeg (248 KB)

Keçmiş səfir 5 apreldə Avropa İttifaqı, ABŞ və Ermənistan rəsmilərinin Brüsseldə nəzərdə tutulan görüşündən danışıb:

“Ermənistan 5 apreldə keçiriləcək görüşdə iştiraka ona görə razılıq verdi ki, bölgədəki sülh və əmin-amanlığa önəm vermir. Azərbaycanla sülhə bu qədər yaxınkən belə bir görüşü qəbul etməsi Ermənistanın ciddi bir dövlət olmadığını göstərir. Bəlkə də diaspora, kilsə araya girərək bu görüşə vasitəçilik edib. Ermənistan bu səbəbdən də görüşü qəbul edə bilər. 5 apreldə keçiriləcək görüş bölgədəki sabitliyə, əmin-amanlığa ziddir. Dolayısı ilə Ermənistanın dövlət olaraq bu görüşü qəbul etməsinin doğru olmadığını düşünürəm”.

Hulusi Kılıçın sözlərinə görə, uzun müddətdir ki, Qərbin Ukraynadan sonra Rusiyaya qarşı ikinci cəbhə açmaq planı var:

“Lakin bu bölgədə nə Avropa İttifaqının, nə də ABŞ-ın yeri var. Onlar bölgə ölkəsi deyil. Bölgə ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstandır. Avropa İttifaqının və ABŞ-ın bölgəyə girməsi, bölgə ilə bağlı qərar qəbulu bölgəyə hörmətsizlikdir. Mənə görə, bu, bir cinayətdir.

MİSSİYA.jpg (295 KB)

Əlbəttə, Rusiyanın 5 aprelə planlaşdırılan görüşə qarşı olduğunu bilirik. Bu görüş Rusiyaya qarşı bir duruş kimi görsənir. Sözsüz ki, Rusiya buna qarşılıq verəcək. Çünki illərdir Ermənistanı belində daşıyan bir Rusiya var. Gümrüdə 102-ci hərbi bazası olan bir Rusiya var. Rusiya bütün bunları özünə xəyanət kimi görür. Qərb və ABŞ Rusiyanın düşmənidir. Rusiyanın düşməni ilə işbirliyi təbii ki, Ermənistanı Rusiyaya düşmən kimi göstərir. Rusiya bütün lazımi addımları atacaq. Ermənistanın Qərbin təhlükəsizlik çətiri altına sığınmasını bölgəyə, Rusiyaya böyük bir xəyanət kimi qəbul etmək lazımdır. Qərb Ermənistanı müvəqqəti olaraq öz təhlükəsizlik çətiri altına ala bilər, ancaq bölgə ölkəsi olan Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranla yaxşı yola getməlidir. Uzaqdakı ölkələrin bölgəyə bir faydası yoxdur. Ermənistana da faydası olmayacaq”.

Sabiq səfir hesab edir ki, 5 apreldən sonra bölgədə nələrin dəyişəcəyini demək üçün tezdir:

“Bu isə dəqiqdir – Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənəcək, Rusiya ilə Türkiyə arasındakı əlaqələr, Azərbaycan-Rusiya münasibətləri daha da güclənəcək, kimin dost, kimin düşmən olduğu bəlli olacaq. Rusiya dostlarını da, düşmənlərini də yaxından tanıyacaq.

Avropa İttifaqı və ABŞ-ın bölgəni bilmədən, tanımadan bura müdaxilə etmələrinin xoş niyyətli olmadığını çox yaxşı bilirik. Azərbaycanın torpaqları 30 il işğal altında ikən BMT-nin 4 qətnaməsinə rəğmən, heç bir addım atmayan və həll yolu tapmağa çalışmayan Aİ və ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra çox narahat olduqlarını açıq şəkildə göstərirlər.

İLHAM ESGER.jpg (246 KB)

Avropa İttifaqı və ABŞ-ın Qafqaz siyasətinin düşməncəsinə, bölgəyə zərər verəcək bir siyasət olduğunu demək lazımdır”.

Hulusi Kılıç bildirib ki, Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa yaxın ikən Ermənistanın 5 aprel görüşünə getməsi bu müqavilənin gecikdirilməsi deməkdir:

“Arzu edirik ki, ABŞ və Avropa İttifaqı bölgədən uzaq qalsın.

Digər tərəfdən, Ermənistanın gücünün qalmadığını görürük. Nüfuzu da yoxdur. 44 günlük savaş zamanı ordusunun 80 faizi məhv edilmiş, müharibədən qaçan bir Ermənistanın Azərbaycana qarşı müharibəyə başlayacaq bir gücü yoxdur.

İTKİLER.jpg (70 KB)

Qərb müharibə istəyindədirsə, böyük bir səhv edir. Çünki Türkiyə ilə Azərbaycanın müttəfiqlik anlaşması – Şuşa Bəyannaməsi var. Hər iki ölkənin parlamenti bu anlaşmanı təsdiqləyib. Bu anlaşma Azərbaycanı Türkiyənin tam müttəfiqi edir. Bu o deməkdir ki, NATO üzvü olan Türkiyə hər zaman Azərbaycanı qoruyacaq. Yəni Azərbaycana edilən hücumu özünə edilən hücum kimi qəbul edəcək. Türkiyə ən çevik şəkildə Azərbaycana yardım edəcək. Ona görə də Türkiyənin NATO üzvü olduğunu yadlarından çıxarmasınlar. Bu bölgəyə müdaxilə etməsinlər. Bu bölgə ölkələri güclü ölkələrdir, onlar bölgədəki problemi özləri həll edə bilərlər. Avropadan, ABŞ-dan gələcək dəstək bu bölgə üçün faydalı deyil. Biz onların uzaq qalmalarını istəyirik. Ermənistanı cəsarətləndirməklə onun özünə zərər verirlər. Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır, yeni reallıqla barışmalıdır. Ən qısa zamanda Azərbaycanla sülh sazişini imzalasınlar, Türkiyə ilə Ermənistan arasında normallaşma başlasın. Qərb isə Ermənistanın bu addımlarına mane olmağa çalışır”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR