İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazirdən Sinan Oğanla bağlı ŞOK AÇIQLAMA: “5 faiz səs yığmış namizəd...”

4758 19.05.2023 20:41 Siyasət A A

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib ki, ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək. Bu gün Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş baş tutub. Görüşün detalları açıqlanmayıb.

Digər tərəfdən, son 5 gündür Oğanın siyasi baxışları xüsusilə Azərbaycan cəmiyyətində geniş müzakirə olunur.

Bu müzakirələrə əsas varmı?

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında bildirib ki, 5 faiz səs yığmış namizədin tövsiyələri qəbuledilməzdir.

tofiq xin.jpg (76 KB)

Politoloq qeyd edib ki, avtomatik şəkildə kiminsə kiməsə səs verməsi süni görünür:

“Bu baxımdan 5% səs qazanan namizədin seçicilərinin gələn dəfə kimə səs verəcəyi onun rəyindən asılı deyil. Beləliklə, Ərdoğanın ikinci turda qalib gələcəyi məndə şübhə doğurmur.

Təcrübəyə əsasən, koalisiyanı formalaşdırmaq hökumətə aiddir. Bu baxımdan koalisiya üzvləri bu və ya digər mövzulara hər hansı şərtlər irəli sürürlər. Prezident seçkilərində isə bu cür təcrübə tətbiq olunmur. Ona görə də Sinan Oğan barədə geniş diskussiyalar mənim üçün təəccüblüdür. Oğanın baxışlarının seçkilərə nə aidiyyəti var? Biz reallığa baxmalıyıq. Seçki kampaniyası başlayandan sonra namizəd hansısa mövqelər sərgiləyir, bəyanatlar verir. Onun əsasında seçicilər də ona səs verir.

Ərdoğan deyir ki, mən öz proqramıma uyğun olaraq fəaliyyətimi davam etdirəcəm. 5-10 faiz səs yığmış namizədin tövsiyələri təbii ki, qəbuledilməzdir”.  

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR