Məşhur xanəndə Pərviz Qasımov ATV kanalında yayımlanan "Ağdam və mən" layihəsinin iştirakçısı olub.

Musavat.com xəbər verir ki, muğam ifaçısı 30 il sonra doğulub boya-başa çatdığı Ağdam rayonunun Abdal-Gülablı kəndinə yollanıb. 

Xanəndə uşaqlıq dövründə həmin kənddə yaşadığı xatirələrindən danışıb. Qasımov buranın havasını suyunu çox bəyəndiyini və buradan getmək istəmədiyini deyib:

"Allaha çox şükür edirəm ki, bu gün Abdal-Gülablıya gəlmişəm. Bu böyük bir xoşbəxtlikdir. Bu kəndin torpağından, havasından bir daha əmin oldum ki, bu torpaqlar çox müqəddəsdir. Allah şəhidlərimizə rəhmət etsin. Onlar canları bahasına bu əraziləri azad ediblər. Sevinirəm ki, atam bu torpaqlarda doğulub. O, bu torpaqlarda vuruşub, Ağdam Polis Bataliyonun komandiri olub. Babam da atama qoşuldu, müharibədə iştirak etdi".

Xatırladaq ki, Pərviz Qasımov keçmiş baş nazir Novruz Məmmədovun kürəkənidir. O, sabiq nazirinin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.

N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.