İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş arvadı müğənninin dediklərini yalanladı: "Məni şantaj edib, deyir ki... "  

1989 04.04.2022 15:48 Şou-biznes A A

"Dedi ki, uşaqdan imtina edirəm, istəmirəm, qəbul etməsən evi əlindən alacam".

Bu sözləri şairə Aysel Vaqifqızı keçmiş həyat yoldaşı, müğənni Elnar Xəlilovunun ötən gün onun barəsində dediklərinə cavab olaraq bildirib.

Aysel Vaqifqızı "İnstagram" səhifəsində paylaşdığı videomüraciətində müğənninin tamamilə yalan danışdığını qeyd edib:

"Elnarla ailə həyatı quranda onun ailəsinin maddi problemi var idi. Ona görə də maşınımı satdım, ev aldım. Bu baxımdan onun evdə haqqı yoxdur. Məni hədələyərək deyir ki, dediyimlə razılaşmasan başına oyun açacam".

Məni mülklə bağlı məhkəməyə verib. Əlimdə bütün sənəd var ki, maşını subay vaxtı almışam, hansı salona neçəyə satmışam. Qəpiyimi də ona verməyəcəm və sona qədər gedəcəm. Bu günə qədər danışmırdım, lakin məni şantaj etdiyi üçün hər şey edəcəm.

Deyir ki, guya fenomen olmaq istədiyim üçün məndən ayrılıb. Mən onların ailəsində olan problemlərdən başımı götürüb qaçmışam. Danışsam biabır olar".

Xatırladaq ki, müğənni Elnar Xəlilov keçmiş həyat yoldaşı, şairə Aysel Vaqifqızı ilə rəsmi boşanıb. Onların Enes adlı oğlu var. Müğənninin ilk evliliyindən isə 9 yaşlı oğlu var.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR