İnsanlara hürriyət, millətlərə istiqlal!

Katolikosun Moskvaya mübhəm səfəri və iki şok məktubu

1606 11.07.2024 22:16 Son xəbər A A

Ermənilərin Azərbaycana qarşı xain planı-Qarabağın Ermənistana birləşdirilməsi tələbilə ilk mitinbqlər 1987-ci ilin fevralında başlasa da, əslində bu proseə rəsmi olaraq 1956-cı ildən start verildiyini təsdiq edən şok sənədlər üzə çıxıb.

Musavat.com bu barədə Rusiya ermənilərinin Rusiyada fəaliyyətini işqlandıran yerkramas.org-a saytı xəbər yayıb.

Bildirilir ki, “Eçmiədzin” jurnalı 1956-cı il may nömrəsində bütün ermənilərin katolikosu I Vazgenin Moskvada SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninlə görüşündən yazıb. “Az adam bilir ki, həmin görüşdən əvvəl I Vazgen Bulqaninə göndərdiyi iki məktubda katolikos erməni xalqının taleyi ilə bağlı bir sıra problemlər irəli sürüb” deyə, qeyd edilir. 

vazfen.jpg (68 KB)

Birinci məktubunda Vazgen Azərbaycan və Gürcüstan ermənilərinin “mənəvi həyatının və təhsilinin acınacaqlı vəziyyətdən” olduğunu iddia edir, prioblemlərii təcili həllini tələb edən təklifləri yazır. “Azərbaycan ərazisində yarım milyondan çox erməni yaşayır, lakin orada cəmi iki kilsə var - Bakıda və Kirovabadda. 200 minə yaxın erməninin yaşadığı Dağlıq Qarabağ muxtar vilayətində rayon mərkəzində deyil, ucqar kəndlərdən birində cəmi bir kilsə var. Naxçıvan bölgəsinin erməni əhalisinin yaşadığı ərazilərdə də kilsə yoxdur” deyə, katolikos yazır. Katolokos iddia edir ki, Gürcüstanın müəyyən rayon və şəhərlərində, Azərbaycanın kompakt erməni əhalisi olan digər ərazilərdə bir çox erməni məktəblərinin tamamilə bağlanıb.”

İkinci məktubda I Vazgen “əsasən ermənilərdən ibarət olan” Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan MSSR və Gürcüstanın Axalkalaki vilayətində ermənilərin problemlərinin “ədalətli həllini” təklif edir, katolikos göstərilən əraziləri Sovet Ermənistanına birləşdirməyin vacibliyini vurğulayır. Katalikosun məktubundan aydın olur ki, o və əyanları üç ay ərzində Livan, Misir, İtaliya, Fransa və İngiltərədəki ermənilərlə görüşüb. “Üç aylıq xaricə səfərimizdən qayıtdıqdan sonra aşağıdakıları diqqətinizə çatdırmağı özümüzə borc bilirik: Xaricdə çoxları Dağlıq Qarabağ Muxtar Vilayəti məsələsinin ədalətli həllinin vaxtının çatdığını dedilər. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və əsasən ermənilərin məskunlaşdığı Axalkalaki rayonu Sovet Ermənistanının hüdudlarından kənarda qalmaqda davam edir” qeyd edir. O, öz təklifini “doğma yurdlarından zorla qovulmuş diaspor ermənilərinin tələbi, öz doğma torpaqlarında vahid milli həyat yaşamaq istəyi ilə əsaslandırır”. Katolikos məktublarında Rusiya-Ermənistan tarixi əlaqələri ilə bağlı da xeyli ibarəli fikirlər yazıb. 

4e6f4c543efc1eeb692e1be5e0e6334d.jpg (22 KB)

O da bildirilir ki, regnum.news bu məktubları 2010-cu ildə dərc edib, onların nüsxələri hazırda Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır.

Göründüyü kimi, ermənilər və onun əsas ruporu olan kilsə başçısı hələ 1956-cı ildə rəsmi olaraq Azərbaycana və Gürcüstana qarşı xain planın açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR