İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlsonun Simonyana dönməsi – O, Navalnının ölümünü Kremldən görənləri axmaq adlandırıb

716 21.02.2024 12:05 Dünya A A

Amerikalı jurnalist Taker Karlson Aleksey Navalnının şəxsiyyəti ilə o qədər də maraqlanmadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı jurnalistə görə, Rusiyanın Navalnının ölümündə hər hansı bir şəkildə əli olduğunu düşünənlər sadəcə olaraq “axmaqlardır”.

“Onlar axmaqdır. Onlar həqiqətən heç nə bilmirlər”, – Karlson “Blaze” onlayn nəşrinə deyib.

Onun sözlərinə görə, bu cür bəyanatları Kiyevin qalib gələcəyini iddia edənlər verir.

Karlson qeyd edib ki, Ukrayna ilə müqayisədə Rusiyanın 100 milyon insanı, eləcə də güclü sənaye potensialı var.

Qeyd edək ki, fevralın 9-da Karlsonun RF lideri Vladimir Putində qalmaqallı müsahibəsinin yayılmasından sonra ABŞ-da və Avropada həm siyasi liderlər, həm də milyonlarla insan jurnalistin Kremlin təsiri altına girdiyini iddia edir, onun Rusiya təbliğatının propoqandistinə çevrildiyini bildirirlər.

O gündən bəri Taker Karlsonun ard-arda Rusiyanı, Putini müdafiə edən açıqlamalar verməsi müşahidə olunur. Uzun illərdən bəri Rusiyanın siyasi rəhbərliyi tərəfindən təqib olunan, seçkilərə buraxılmayan, zəhərlənən, dəfələrlə həbs edilən, nəhayət, məhkum olunan, öldüyü günə qədər Rusiyada yatmadığı həbsxana qalmayan Navalnının ölümünə dair subyektiv və birtərəfli açıqlama verməsi göstərir ki, onun artıq Kremlin baş təbliğatçısı Marqariya Simonyandan fərqi qalmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR