İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Cənubi Qafqazda sülhə maneə olmağa cəhd edir

1166 29.10.2023 12:30 Siyasət A A

Azərbaycanın dünyada sülhü dəstəkləməsi, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq atdığı addımlara təəssüf ki, qısqanclıqla yanaşan ölkələr var. Ölkəmizin ərazi bütövlüyünün pozulmasının və torpaqlarımızın işğalda qalmasını əhatə etmiş 30 il ərzində susmuş dövlətlərin bu gün irəli sürdüyü ittihamlar əsassızdır.

Təəssüf ki, Ermənistanın işğalını pisləyən və Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 və Baş Assambleyanın 1 qətnaməsi bu 30 il ərzində yalnız kağız üzərində qaldı. Qəbul olunmuş qətnamələrin icrası ilə bağlı Ermənistana nəinki təzyiq, heç beynəlxalq səviyyədə ictimai qınağa da məruz qalmadı. Azərbaycan ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməklə, həm də beynəlxalq hüququn normalarını icra etdi.

Vaxtilə sakit dayanmış və Ermənistanın təcavüzünə göz yuman dövlətlərin bu gün qərəzli bəyanatları və atdığı addımlar bu ölkələrin ermənipərəst siyasətini dünyaya nümayiş etdirir. Ermənistanın rəhbərliyinin uzun illər Cənubi Qafqazda sülhün qarşısındakı yeganə əngəl olması beynəlxalq ictimaiyyətə yaxşı məlumdur, hər zaman Azərbaycanın münaqişənin danışıqları masasında pozanda məhz Ermənistan olub. Sülh təklif ediləndə yeni ərazi iddiaları ilə çıxış edən yenə bu dövlətin baş naziri və digər vəzifəli şəxsləri olub. Lakin, bu gün artıq münaqişə tarixdə qalsa da hələ də Qafqazda sabitliyi qəbul edə bilməyən dövlətlərin olmasının şahidi oluruq.

Fransa kimi ermənipərəst mövqedə dayanan Kanadanın xarici işlər naziri Melani Colinin Ermənistana səfəri və bu ölkədə verdiyi açıqlamalar ciddilikdən kifayət qədər uzaqdır, əsassızdır, heç bir halda qəbul edilə bilməz. Tarixən Fransanın müstəmləkəsi olan bir dövlətin fransızların neokolonolist siyasətinə qarşı qətiyyətli mövqe tutan Azərbaycana qarşı bu cür iddialarla çıxış etməsi gözlənilən idi. Bugünkü açıqlamanın əsas səbəblərindən biri də təbii ki, Amerika Birləşmiş Ştatlarıdır. Kanadaya verilmiş tapşırıqların yalnız bir məqsədi var heç bir vəchlə Cənubi Qafqazda sülh olmasın.

Özünü ABŞ-ın ştatlarından biri hesab edən və çıxışlarını Vaşinqtondan gələn tapşırıqlar üzərində quran Kanada XİN başçısının səriştəsizliyi qəbuledilməzdir, həm də özbaşına Ermənistanla şərti sərhədə gələn, ölkəmizi müşahidə edən xanım nazirin hərəkətləri isə Diplomatik xidmətlərlə bağlı Vyana Konvensiyasının tələblərinə tam ziddir.

Lakin, Kanada üçün bu ilk belə hal deyil. Məhz bu dövlət hər zaman beynəlxalq hüququn prinsiplərini pozmaqla tanınıb. Azsaylı xalqların hüquqlarının tanınmaması üçün bütün gücünü ortaya qoymuş və bu sahədəki beynəlxalq sənədə qarşı çıxmış dövlətdən hər şeyi gözləmək olardı.

Əsas sual budur ki, ABŞ, Kanada sülhün tərəfində olsa idilər, bu illər ərzində hansı səbəbdən Ermənistanın təcavüzünə göz yumurdular?!

Birincisi, Kanada iqtisadiyyatı pandemiyadan sonra heç cür bərpa ola bilməyib. Hökümət xalqın tələblərinə cavab vermir, ölkədə olan hakimiyyət böhranını idarə etmək əvəzinə ermənipərəst siyasət yeritməklə xalqının diqqətini tamam başqa istiqamətə, onlara aid olmayan bir məsələyə yönəldir. Nəticədə, xaosu ölkəsindən xaricə ixrac etmiş olur.
İkincisi, Kanada və Ermənistanın siyasi xəttinin əsas çizgiləri ksenofobiyadır, islamafobiyadır. Təbii ki, Ermənistan monoetnik dövlətdir və bu dövlətin ərazisində erməni xalqından başqa heç kəs yaşamır. Kanada isə BMT-də azsaylı xalqların hüquqlarının tanınması ilə əlaqədar beynəlxalq sənədin əleyhinə səs verib. Etdikləri yalnışlıqlardan nəticə çıxarıb Azərbaycanın multikulturalizm, tolerantlıq kimi ənənələrini öyrənmək, tətbiq etmək əvəzinə bacardıqca bu səhvlərinin arxasında dururlar. Kanada azsaylı xalqları dissimilyasiya edərək kökündən uzaqlaşdırmağa çalışır.

Üçünçüsü, bu gün atılan qərəzli addımların arxasında təbii ki, Kanada da və ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin böyük təsiri var. Məhz Kanadanın xarici işlər nazirinin yetişdiyi fransızdilli Kvebek əyaləti erməni lobbisinin əsas fəaliyyət mərkəzlərindən biridir və görünən odur ki, Ermənistana qarşı böyük sevginin arxasında da bu ölkənin lobbisi və maraqları dayanır.

Dördüncüsü, Kanadanın xarici işlər naziri bu ölkədə seperatizmin əsas dəstəkçisidir Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və suverenliyini bərqərar edib. BMT-nin və ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri qeyd olunan ərazilərdə olub və lokal xarakterli antiterror tədbirləri zamanı yerli əhalinin heç bir ziyan dəymədiyini təsdiq ediblər. Bu səbəbdən də, xanım nazirin söylədikləri cəfəngiyyatdan başqa bir şey deyil.

Onlar başa düşür ki, Azərbaycan hökümətinin təmsilçisi erməni icmasının nümayəndələri ilə müxtəlif görüşlər keçirdir, lazım olan humanitar dəstək verilir. Belə olan halda Ermənistanı sülh müqaviləsi imzalamağının qarşısını almaq üçün Fransanın, Kanadanın atdığı addımlar əbəsdir.

Kanada tərəfindən verilmiş bəyanatların heç bir əhəmiyyəti olmamaqla bərabər, Azərbaycanla təhdid dilində danışmağa heç kəsin haqqı yoxdur. Görünür ki, xanım nazir ölkəsini hansı simada təmsil etməsini unudub, düşünüb ki, əvvəl olduğu kimi turizm, əsas dillər və Frankofoniya naziridir və İrəvana səfəridə turizmlə bağlıdır. Ədaləti heçə saymaqla bərabər ölkəmizin qüdrətini və imkanlarını doğru qiymətləndirməyib, nəticədə belə əhəmiyyətli səhvə yol verib.

Sadəcə bir məqamı xatırlatmaq kifayətdir ki, Kanada öz uran ehtiyaclarını Mərkəzi Asiya vasitəsilə təmin edir və bu yük Azərbaycandan keçməklə daşınır. Ölkəmizin bu yükün daşınmasına icazəni verməsə Kanada üçün başqa alternativ yoxdur. Görünən odur ki, bu qapı onların üzünə bağlamağın vaxtı çatıb və ölkəmizdə çalışan Kanada şirkətləri ən qısa müddətdə Azərbaycan çıxarılmalıdır.

Adil_Eliyev (2).jpg (387 KB)

Adil Əliyev,
Millət vəkili, Milli Məclisin Vitse-spikeri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR