İnsanlara hürriyət, millətlərə istiqlal!

"KAMRANLA 1” - Sevinc Telmanqızı və Kamran Həsənli CANLIda

1221 26.05.2022 15:37 Gündəm A A

“Ukrayna danışıqları dayandırdığını elan edib. Hazırda döyüş meydanında mübarizə gedir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. “Rusiya və Ukraynadakı hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Atəşkəs müzakirələri ikinci plana keçib. İtaliyanın təşəbbüslərinin nədən ibarət olduğunu tam bilmirik. Bu mövzuda heç kimlə rəqabət aparmırıq. Kim sülh üçün səy göstərirsə, ona dəstək olmağa hazırıq”, - o bildirib.

“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısını almalıyıq”, - o söyləyib.

Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini, Krımı və Donbası işğal etməsindən tarixi dərs götürməlidir: “Biz Ukraynanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi yardımları davam etdirməliyik”.Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə aparacağını vurğulayıb.

Bu və gündəmdəki digər xəbərlərin şərhini “KAMRANLA 1” verilişində izləyə bilərsiz. Müzakirədə iki aparıcı Kamran Həsənli və Sevinc Telmanqızı iştirak edəcək, polemika şəraitində mövzuları dartışacaqlar. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR