İnsanlara hürriyət, millətlərə istiqlal!

"KAMRANLA 1": REAL rəhbəri İlqar Məmmədov Kamran Həsənlinin CANLI efirində!

1378 30.05.2022 15:22 Gündəm A A



Ukrayna Prezidenti Volodimir Zelenski mayın 30-da Aİ liderlərini Rusiyaya iqtisadi sanksiyaların yeni partiyasına çağıracağı gözlənir.
Rusiya Ukraynanın şərqində hücumu gücləndirir, strateji şəhərlərə yaxınlaşır. Prezident Zelenski mayın 29-da Xarkova baş çəkəndən sonra bu şəhər atəşə tutulub.

Ukraynanın şərqindəki Severodonetsk və Lisiçansk şəhərlərinə Rusiyanın təzyiqi artır. Yaxınlıqdakı Liman şəhərinin artıq tutulduğu iddia olunur. Ukrayna isə strateji ərazilərin hələ də müdafiə olunduğunu deyir.

Luqansk vilayətinin qubernatoru Serger Qayday son saatlarda Lisiçanskda vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini, itkilər, yaralılar olduğunu deyib.

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri Severodonetskdə hücum əməliyyatı həyata keçiriblər.
Qayday isə Donetsk çayı sahilində yerləşən şəhərdə küçə döyüşləri getdiyini bildirib. Qayday mayın 30-da deyib ki, Rusiya qüvvələri çox ağır döyüşlərlə Severodonetskə girir. Onun sözlərinə görə, 1 milyon insanı qazsız, susuz qalıb, dinc sakinlərin çıxarılması davam edir.

Zelenski mayın 29-da televiziya ilə çıxışında deyib ki, Severodonetksdə binaların 90 faizinə ziyan dəyib, şəhərdəki yaşayış binalarının üçdə ikisi tamamilə dağıdılıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da tanınmış teleaparıcı Kamran Həsənli ReAL Partiyasının sədri İlqar Məmmədovla müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR