İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyev üçtərəfli görüşdə bu məsələləri qaldırdı

582 15.06.2023 20:53 Siyasət A A

“Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiyanın Baş prokuroru İqor Krasnov və Ermənistanın Baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.

O qeyd edib ki, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Baş prokuror əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparıldığını vurğulayıb.

Kamran Əliyev görüşdə həmçinin, bu gün Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR