İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamal Kılıçdaroğlu belə BİABIR OLDU - FOTO

3646 03.11.2023 13:55 Region A A

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğluna dəstək məqsədilə asılan pankartdakı hərf səhvi lağ mövzusu olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin 38-ci Növbədənkənar Qurultayı öncəsi Ankara İdman Salonunda asılan pankartdakı hərf səhvi yerli gündəmi zəbt edib.

CHP .png (78 KB)

Belə ki, Kılıçdaroğlu tərəfdarları salonda "Əsla yalnız yürüməyəcəksiniz" yazılı pankart asıblar. Lakin pankartdakı hərf səhvi diqqət çəkib.

Məlumata əsasən, CHP-nin 38-ci Növbədənkənar Qurultayı 4-5 noyabr tarixlərində Ankara İdman Salonunda "İkinci əsrdə demokratiya və birlik qurultayı" şüarı ilə keçiriləcək.

Qurultayın sədri Əkrəm İmamoğlu olacaq və birinci gün sədr, ikinci gün isə Partiya Məclisi və Yüksək İntizam Şurası seçiləcək. CHP sədrliyinə namizəd olmaq üçün 65, Partiya Məclisi üzvlüyünə namizəd olmaq üçün isə 10 nümayəndənin imzası tələb olunacaq. Sədr Kamal Kılıçdaroğlunun yenidən nümayəndələr tərəfindən namizəd olacağı, Manisa millət vəkili Özgür Özəlin də namizəd olmaq üçün lazımi səs sayına çatacağı gözlənilir.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR