İnsanlara hürriyət, millətlərə istiqlal!

“Juventus”un şübhəli transferlərə görə 15 xalı silinib

929 21.01.2023 05:06 İdman A A

İtaliya Futbol Federasiyası şübhəli transferlərə görə “Juventus” klubunun 9 xalının silinməsinə dair iddia qaldırıb.

APA-nın xəbərinə görə, İtaliyanın Federal Apellyasiya Məhkəməsi digər halları da araşdıraraq klubun 15 xalının silinməsi barədə qərar çıxarıb. Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün mühasibat sənədlərində səhv məlumatlar daxil edilib.

Xallar silindikdən sonra komanda A qrupundakı 3-cü yerdən onuncu yerə geriləyib. Klub qərardan kassasiya şikayəti verəcəyini bildirib.

Məhkəmə qərarına görə Fabio Paratiçi 2,5 illik, Andre Anyelli və Mauritsio Arrivabene 2 illik, Federiko Kerubini 1,4 illik, Pavel Nedvyed 8 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR