İnsanlara hürriyət, millətlərə istiqlal!

İzmit körfəzini “nəhəng akvarium”a çevirəcək MÖHTƏŞƏM LAYİHƏ VİDEO

1029 03.05.2023 17:35 Region A A

İzmit körfəzini bərpa edib “nəhəng akvarium”a çevirəcək layihəyə start verilib.

Musavat.com “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi və Kocaeli Böyükşəhər Bələdiyyəsi ilə ortaq şəkildə həyata keçirilən “İzmit Körfəzinin Şərq Hövzəsi Dibi Palçıq Təmizləmə, Susuzlaşdırma və Utilizasiya Xidməti Layihəsi” çərçivəsində ilk palçıq çıxarılması həyata keçiriləcək.

720 hektar sahədə iki mərhələli layihə nəticəsində 3,5 milyon kubmetr - təxminən 8 milyon ton dib palçığı təmizlənəcək.

Layihəni icra edən şirkət “Atlas Mədən Məhsulları Avtomobil İnşaat”dır. Bu şirkətə Azərbaycanda yaxşı tanınan Sebahattin Civələk rəhbərlik edir. 

Kocaeli Böyükşəhər Bələdiyyəsinin şərq hövzəsində axınlar, səth suları və insan fəaliyyəti nəticəsində yığılan dib palçığı ilə əlaqədar TÜBİTAK-MAM və İstanbul Universitetinə hesabat hazırlatdığı qeyd edilir.

Layihənin ikinci mərhələsinin həyata keçirilməsindən sonra İzmit körfəzi köhnə günlərini geri qaytaracaq və nəhəng akvarium görkəmini qazanacaq. Layihənin 5 il ərzində tamamlanması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR