İnsanlara hürriyət, millətlərə istiqlal!

İyulda Ukraynadan aqrar məhsulların ixracı 12 faiz artıb – Dünyada ucuzlaşma başlayır

421 01.08.2022 16:09 İqtisadiyyat A A

İyul ayında Ukrayna kənd təsərrüfatı məhsullarının limanlardankənar yollarla ixracını iyunla müqayisədə 12 faiz artırmaqla 3 milyon tona çatdırıb. Ukrayna Aqrar Biznes Klubunun məlumatına əsasən, ay ərzində taxıl ixracı 21 faiz artmaqla 1,7 milyon tona çatıb. Bunun 69 faizini qarğıdalı, 22 faizini buğda, 9 faizini isə çovdar təşkil edib.

Yağlı toxumların ixracı 7 faiz artaraq 597,2 min ton olub. Bunun da 61 faizi günəbaxan, 19 faizini raps, 9 faizini soya təşkil edib. Bitki yağlarının ixracı isə iyundakı olduğu kimi 297,1 min ton olub: 94 faizi günəbaxan yağı, 6 faizi soya yağı. Günəbaxan və soya jmıxı və şrotunun ixracı 34 faiz artmaqla 185,9 min ton təşkil edib: “İxracda artım dinamikası davam etsə də, daxili bazarda qiymətlər yeni məhsulun daxil olması, köhnənin tam ixrac edilməməsi səbəbiləsürətlə ucuzlaşır”.

Qeyd edək ki, Rusiyanın hücumuna qədər Ukrayna Odessa və Nikolaye v limanları ilə ayda 5 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edirdi. Müharibə başlayandan limanlarla ixrac tam dayanıb. Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə Ukrayna ötən müddət ərzində limanlardankənar marşrutlarla ixracı sürətlə artırır. Bunun nəticəsində artıq iyun ayından başlayaraq qlobal ərzaq bazarındaq qiymətlərin ucuzlaşması müşahidə olunur.

Yeri gəlmişkən, bu gün Odessa limanından qarğıdalı dolu ilk gəmi Türkiyənin təşəbbüsü ilə açılan taxıl dəhlizi ilə yola çıxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR