İnsanlara hürriyət, millətlərə istiqlal!

İxrac qadağası Rusiyanı qlobal dizel bazarından çıxaracaq

623 29.09.2023 11:32 İqtisadiyyat A A

Rusiyanın dizel ixracına qoyduğu qadağa iki həftə, yaxud iki ay çəkə bilər. Reutersin yazdığına görə, bəzi analitiklər hesab edirlər ki, daxili bazarda dizel bolluğu iki həftəyə təmin ediləcək və ixrac qadağası davam edə biləcəyi təhlükəsinin böyük olduğu qənaətindədirlər.

Analitiklərə görə, istənilən variantda Rusiya qlobal dizel bazarındakı birinciliyi əldən verməli olacaq. “Vortexa” şirkətinin məlumatları göstərir ki, ilin əvvəlindən sentyabrın 25-dək Rusiya neft şirkətləri orta hesabla gündə 1,07 milyon barel dizel ixrac ediblər. Bu, dizelin qlobal dəniz daşımalarının 13,1 faizdən çoxunu təşkil edir. Benzin ixracı isə sutkada 110 min barel təşkil edib.

Analitiklərin fikrincə, Rusiyanın ixrac qadağasından ən çox təsirlənən ölkə Braziliya ola bilər. Rusiyadan bu ölkəyə dizel yanacağının tədarükü 2022-ci ildəki 74 min tona qarşı, bu il sentyabrın 25-dək təxminən 4 milyon tona çatıb. Faktiki olaraq, Rusiya yanacağı ABŞ dizelini Braziliya bazarından çıxarıb.

Rusiya dizelinin digər böyük alıcıları olan Afrika dövlətləri çox güman ki, Yaxın Şərq ölkələrindən, Hindistandan və Türkiyədən qazoyl və dizel yanacağının tədarükünə keçəcəklər. Latın Amerikası idxalçıları isə yenidən Amerika tədarüklərinə qayıdacaqlar və həmçinin Yaxın Şərq ixracatçıları ilə danışıqlar aparmağa çalışacaqlar.

Avropa isə Çin və Cənubi Koreyanın şimal-şərq neft emalı zavodlarından dizel gözləyir. Sentyabrda Çin artıq Avropaya 190 min tona yaxın dizel yanacağı göndərib, oktyabrda isə 45 min ton dizel yanacağının yüklənməsi planlaşdırılır ki, bu da Qərb ölkələrinə göndəriləcək.

Qeyd edək ki, Rusiya sentyabrın 21-dən etibarən dizel və benzin ixracına kiçik istisnalarla tam qadağa qoyub. Buna ölkədə bu yanacağın kəskin bahalaşması, qıtlıq yaranması səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR