İnsanlara hürriyət, millətlərə istiqlal!

İtləri avtomobilə bağlayıb sürüyən şəxs müəyyən edildi - YENİLƏNİB - VİDEO

1141 26.07.2022 15:40 Hadisə A A

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə heyvanları idarə etdiyi avtomobilə bağlayaraq sürüyən şəxsin Bərdə rayon sakini Nəsib Həsənov olduğu müəyyən edilib.

Bununla bağlı Oxu.Az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı deyib.

Onun sözlərinə görə, N.Həsənov öz izahatında heyvanları evinin yaxınlığında ölü olaraq tapdığını və yaşadığı kənddəki zibil tullantılarının atıldığı əraziyə apardığını bildirib.

Məsələ ilə bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

***

Bərdə rayonunda itlərə işgəncə verilib.

BAKU.WS xəbər verir ki, itləri avtomobilə bağlayıb yolboyu sürüyüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək və ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, ötən gün Neftçala rayonunda da Cəsarət Bayramov və Kənan Dünyamalıyev bel ilə vəhşi heyvanın başına vuraraq işgəncə verib öldürmüşdülər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR