İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə Rusiyanın milyardlarla dollarlıq aktivlərini dondurub

355 02.12.2023 01:47 Dünya A A

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.

Bu barədə Avropa ölkəsinin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.

Məlumata görə, 2022-ci illə müqayisədə rəqəmlər bir qədər artıb. Belə ki, 2022-ci ilin dekabrında İsveçrə hakimiyyəti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra ölkədə Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.

Qeyd edək ki, Aİ-nin üzvü olmayan İsveçrə əvvəllər neytral statusa malik olmasına baxmayaraq, Ukraynadakı müharibə ilə əlaqədar Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib. Öz növbəsində, 2022-ci ilin martında Rusiya hökuməti İsveçrəni qeyri-dost dövlətlərin və ərazilərin siyahısına daxil edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR