İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən Ukraynaya DƏSTƏK

395 20.02.2024 16:54 Dünya A A

İsveç hökuməti bu günə qədər Ukraynaya 7,1 milyard kron (630 milyon avro) dəyərində ən böyük hərbi yardım paketini təqdim edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, İsveçin Ukraynaya göndərdiyi 15-ci hərbi yardım paketidir.

İsveç müdafiə naziri Pol Yonson mətbuat konfransında yardım verilməsini təsdiqləyib.

Yerli mətbuatın xəbərinə görə, dəstək paketinə aşağıdakılar daxildir:

• 10 ədəd “Stridsbat 90” sinifli desant hücum kateri;

• 20 desant gəmisi;

• minalar və torpedalar kimi sualtı silahlar;

• “Robot 70” tipli zenit sistemləri;

• “TOW” modelli tank əleyhinə robotlar;

• sursatla birlikdə qumbaraatanlar;

• artilleriya sursatları;

• əl qumbaraları;

• “Karl Qustav” qumbaraatanları;

• tibbi avadanlıq;

• təcili yardım maşınları.

Məlumata görə, 1 milyard kron müxtəlif fondlar vasitəsilə hərbi texnikanın alınmasına, daha bir milyardı isə Ukrayna üçün yeni “Stridsfordon 90” döyüş maşınlarının sifarişinə yönəldiləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR