İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulla bağlı REKORD GÖSTƏRİCİ

1213 14.02.2024 02:25 Region A A

2023-cü ilin sonunda İstanbula xarici turist axını 17 milyonu keçib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Nazirliyin statistikasına görə, təkcə Rusiyadan İstanbula 2 milyona yaxın turist gəlib.

Qeyd olunub ki, 2023-cü ildə İstanbula 17,37 milyon xarici ziyarətçi gəlib ki, bu da bir il əvvəlkindən 8,4% çoxdur.

Məlumata görə, İstanbula turist axını baxımından Rusiya birinci yeri tutur. Belə ki, şəhəri 1,99 milyon rus ziyarət edib. İkinci yerdə 1,28 milyon nəfərlə Almaniya, üçüncü yerdə isə İran qərarlaşıb. Həmçinin ilk onluqda ABŞ (853,8 min), Böyük Britaniya (701,4 min), Səudiyyə Ərəbistanı (604,5 min), Fransa (589,1 min), İtaliya (431,6 min), İraq (404,6 min) və Özbəkistan (389,7 min) yer alıb.

Dekabrda şəhərə 1,3 milyondan çox turist gəlib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR