İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbuldakı Azərbaycan bağçasında DƏHŞƏT - Görüntülər ÜZƏ ÇIXDI VİDEO

1509 23.06.2026 12:12 Hadisə A A

İstanbulun Bayrampaşa rayonunda fəaliyyət göstərən Hüseyn Cavid adına özəl Azərbaycan uşaq bağçasında dəhşətli hadisə baş verib.

Müəssisədə çalışan tərbiyəçinin azyaşlılara qarşı zorakılıq etdiyi məlum olub.

Musavat.com xəbər verir ki, aparılan araşdırmalar zamanı qadın tərbiyəçinin otaqda uşaqların yatdığı vaxt (sakit saatda) onlara ağacla zərbələr endirdiyi, həmçinin yeməkxanada da azyaşlılara qarşı fiziki güc tətbiq etdiyi müəyyən edilib.

Sözügedən dəhşətli hadisələrin bu ilin 16, 17 və 19 iyun tarixlərində baş verdiyi bildirilir.

Valideynlərin şikayətindən sonra polis hərəkətə keçib və uşaq bağçasındakı təhlükəsizlik kameralarının görüntülərini ekspertizadan keçirib. Kadrlarda tərbiyəçinin uşaqlara amansızcasına zərbələr endirdiyi və müxtəlif formalarda fiziki zorakılıq törətdiyi anlar aydın şəkildə əks olunub.

Şübhəli şəxs qismində saxlanılan qadın polis bölməsindəki ifadəsi və ilkin istintaq hərəkətləri tamamlandıqdan sonra məhkəməyə sövq edilib.

Baş verən insidentlə bağlı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin mütəxəssisləri də sözügedən məktəbəqədər təhsil müəssisəsində genişmiqyaslı yoxlamalara başlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR