İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda küçəni mavi su basdı - VİDEO

746 07.09.2022 23:43 Region A A

Türkiyənin İstanbul şəhərinin Sultanqazi səmtindəki məhəllədə kanalizasiya lyuklarından mavi su axmağa başlayıb.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, nəticədə küçələr mavi rəngə boyanıb.

Daşan su bəzi mağazalara dolub. Mavi su məhəllə sakinlərinin narahatlığına səbəb olub. 

İstanbul Su və Kanalizasiya İdarəsinin qrupları tərəfindən lyuklarda iş aparılıb. Məhəllənin ətraf ərazilərində üç fabrik olduğu məlum olub. Nəticədə fabriklərdən kanalizasiyaya buraxılan tullantıların suya qarışdığı və kanalı tıxadığı müəyyənləşib. Təxminən bir saatlıq işdən sonra tıxanmış xətlə bağlı problem aradan qaldırılıb, mavi su axını dayandırılıb.

Dükanını su basan sahibkar 200 min lirəyə yaxın pul itirdiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR