İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli iş adamını öldürməyi planlaşdıran 5 SEPAH üzvü müəyyən olunub

512 18.01.2023 18:00 Region A A

Noyabrda Gürcüstanda israilli iş adamı İtsik Moşeni öldürməyi planlaşdıran İran SEPAH-ın 5 üzvü müəyyən edilib.

Musavat.com xəbər verir ki, “İran İnternational”ın məlumatına görə, qarşısı alınan hücumun beş icraçısı Hossein Rohban, Mohammad-Reza Arablou, Mohsen Rafiei Miandashti, Fərhad Fashaee və Əli Feizipur olub.

 “Backdoor” haker qrupu tərəfindən jurnalistlərə verilən agentlərin şəxsi sənədlərinə istinadən bildirilir ki, beş nəfərin hamısı SEPAH-ın 400-cü bölməsinin hit qrupunun üzvləridir. Həbsdən sonra yaydıqları rəsmi bəyanatda onlar Türkiyədən planlaşdırılan sui-qəsd üçün qaçaqmalçılıq yolu ilə silah daşımaqda məsul olan iki İran-Gürcüstan vətəndaşı Miandaşti və Faşainin adını çəkiblər. Tiflis özü də Gürcüstanda olmayan Rohbanı komandanın lideri kimi müəyyənləşdirib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR