İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə bağlı ŞOK İDDİA: Mülki əhali qəsdən hədəfə alınıb

763 02.12.2023 16:59 Dünya A A

Təl-Əviv rəhbərliyi Qəzzadakı fəaliyyətlərində "Habsora" adlı süni intellekt tətbiqindən istifadə edərək mülki insanları qəsdən hədəfə alıb.

Musavat.com xəbər verir ki, bu sensasion iddia ilə İsrail mərkəzli +972 xəbər saytı çıxış edib.

+972 və "Local Call"ın birgə apardığı araşdırma sözügedən tətbiqin İsrailin hücumlarında əsas rol oynadığını ortaya qoyub.

Araşdırmaya görə, "Habsora" tətbiqi ilə avtomatik təyin olunan hədəflər sayəsində hansı hücumda nə qədər mülki vətəndaşın öləcəyi hər zaman bilinib.

Araşdırmalarını İsrail kəşfiyyatının indiki və keçmiş üzvləri ilə müsahibələr, fələstinlilərin ifadələri və Qəzza zolağından gələn sənədlər əsasında aparan nəşr mülki şəxsləri hədəf alan heç bir hücumun təsadüf olmadığını yazıb.

Araşdırmaya görə, İsrail mülki insanları hədəf alaraq HƏMAS-a təzyiq göstərməyə çalışır.

656ad39f4e3fe021786d194e.jpg (43 KB)

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR