İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən AĞIR ZƏRBƏ - “Hizbullah”ın önəmli adamı MƏHV EDİLDİ

622 23.05.2024 16:07 Dünya A A

İsrail hərbçiləri Livanda “Hizbullah” hərəkatını silahla təmin edən şəxsi məhv edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, silah istehsalı və çatdırılmasına cavabdeh olan Məhəmməd Əli Nasser Faran öldürülüb.

Ordunun məlumatına görə, o, Nəbatiyyə şəhəri yaxınlığında (Beyrutdan 75 km) hava zərbəsi nəticəsində məhv edilib.

"Son illərdə Əli Nasser Faran “Hizbullah” üçün strateji və xüsusi silahların istehsalına cavabdeh idi. Son bir neçə ayda “Hizbullah”ın silah istehsalı infrastrukturna İsrail Müdafiə Qüvvələri tərəfindən hücum edilib", - hərbçilərin bəyanatında deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR