İsrail gələcəkdə İranla bağlı hərəkət azadlığını qorumaq istəyir.
Musavat.com xəbər verir ki, bu açıqlamanı İsrailin müdafiə naziri İsrael Katz X hesabında yazıb: "İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətini saxlamağımızı təmin etməlidir. Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi tapşırdıq".
ABŞ-İran danışıqlarına gəldikdə, Katz ABŞ prezidenti Donald Trampın danışıqları "İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda İsraillə ortaq maraqlar da daxil olmaqla, Amerika maraqlarına əsaslanaraq" apardığı fikrini ifadə edib. Nazirin sözlərinə görə, İsrail Vaşinqtondan "bu prinsipə, eləcə də raket silahları və terrorçu qrupların fəaliyyəti ilə bağlı digər prinsiplərə riayət etməsini" gözləyir.
İsrail əvvəllər də İranla hər hansı bir razılaşmanın İranın nüvə proqramına qadağa qoyulmasını, ballistik raket proqramının məhdudlaşdırılmasını və Yaxın Şərqdə Tehranın müttəfiq qüvvələrinə dəstəyin məhdudlaşdırılmasını özündə ehtiva etməsində israr edib.
Musavat.com






