İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hər an Livana kəskin zərbə endirməyə hazır olduğunu bəyan edib

408 18.07.2024 02:36 Dünya A A

“İsrail ordusu “Hizbullah” hərbçilərinin eskalasiyasına cavab olaraq hər an Livana gözlənilməz və kəskin zərbə endirəcək”.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimalındakı hərbi hissələrdən birinə səfəri zamanı edib.

“Şimal bölgəsində məhdud döyüş əməliyyatları aparırıq. Biz İsrail Müdafiə Qüvvələrinin gücünün kiçik bir hissəsindən istifadə edirik, lakin hər şey bir anda dəyişə bilər. Və bu, sürətli, gözlənilməz və çox kəskin olacaq. Bu, “Hizbullah”ın hərəkətləri nəticəsində də baş verə bilər”, - deyə o qeyd edib.

Eyni zamanda o, İsrailin hələ də “Hizbullah”la razılaşmalar yolu ilə vəziyyəti həll etməyə hazır olduğunu bir daha vurğulayıb:

“Əgər “Hizbullah” bizimlə razılığa gəlib, BMT-nin qətnaməsində nəzərdə tutulduğu kimi, sərhəd xəttindən uzaqlaşaraq Litani çayının o tayındakı ərazilərə keçməsi vəziyyətinə gəlmək istəsə, o zaman onlarla sövdələşmə olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR