İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada ruslarla əlaqəli olan 450-dən çox aktiv müəyyən olunub

309 23.02.2024 18:20 Dünya A A

İspaniya mülki qvardiyası ölkədə Avropa sanksiyalarına məruz qalan rusiyalı sahibkarlarla əlaqəli olduğu iddia edilən 357 daşınmaz əmlak, 7 yaxta və 10 təyyarə aşkarlayıb.

Musavat.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ümumilikdə krallığın hüquq-mühafizə orqanları 450-dən çox aktivi müəyyən edə bilib. Söhbət yüz milyonlarla avro dəyərində daşınmaz əmlak və digər aktivlərdən gedir. Agentlik obyektlərin dondurulması barədə qərarın hansı halda verildiyini dəqiqləşdirə bilmir, lakin faizin çox yüksək olduğunu bildirir.

Bununla belə, EFE hesab edir ki, Ukraynada münaqişənin davam etdiyini nəzərə alsaq, görünür, Avropa sanksiyaları istənilən effekti verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR