İnsanlara hürriyət, millətlərə istiqlal!

İskəndəryan: "Qərb Azərbaycana təzyiq edə bilmir, Bakının hədəfi var"

3371 27.09.2023 17:05 Siyasət A A

Qərb Ermənistan, o cümlədən postsovet məkanına Rusiya ilə münasibətlər prizmasından baxır və bu münasibətlər indi müharibəyə doğru sövq edilir.

“Ölkə.Az” xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

“Ermənistan rəhbərliyinin götürdüyü öhdəlik müqabilində ölkənin təhlükəsizliyinin təmin ediləcəyi gözləntisinə çevrilir.

Təhlükəsizlik dəstəyi necə, hansı formada və hansı vasitələrlə veriləcək bəlli deyil. Bunlar qapalı müstəvidə müzakirə olunur. Bütün bu səfərlər məhz buna sübutdur.

Prinsipcə, əlbəttə ki, Ermənistanla Qarabağdan daha çətindir, çünki Ermənistan tanınmış dövlətdir. Amma digər tərəfdən, mən bir çox dövlətləri (Suriyadan tutmuş Ukraynaya qədər) sadalaya bilərəm ki, onlar üçün tanınmış dövlət statusu heç kömək etmir.

Üçüncü tərəfdən, Qərb ölkələrinin Azərbaycana təzyiq etmək üçün demək olar ki, heç bir imkanları yoxdur. Birincisi, Azərbaycan neft və qaz tədarük edir, Rusiya ilə müqayisədə böyük həcmdə olmasa da, Cənubi Avropa üçün müəyyən əhəmiyyət kəsb edir.

İkincisi, Azərbaycan İranla Rusiya arasında yerləşir. Azərbaycan müsəlman ölkəsidir. Eyni zamanda, bu ölkənin İslam ölkələri üçün çox spesifik istiqaməti var. Məsələn, İranla münasibətləri zəif olan İsraillə çox yaxşı münasibətləri var. Bakı ilə yəhudi dövləti arasında əməkdaşlıq da buna əsaslanır.

Bundan əlavə, biz Azərbaycan deyəndə, həm Rusiya, həm də Qərb üçün son dərəcə vacib olan Türkiyəni də nəzərə almalıyıq”, - politoloq vurğulayıb.

Politoloq bütün bunlara baxmayaraq hesab edir ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı bəzi təminatların əldə etməsi istisna deyil və rəsmi İrəvan da bununla məşğuldur.

“Ancaq eyni zamanda, əlbəttə ki, Azərbaycanın Ermənistanın nəzarətə götürdüyü əraziləri tərk edəcəyini düşünmürəm. Azərbaycanlıların həmin yerlərdə hərbi obyektlər tikirlər. Axı iqtisadi potensiala əsaslanmayan əraziləri tutdular, yüksəkliklər götürdülər. Bu ya müharibəyə hazırlıqdır, ya da müharibəyə hazırlıq təhlükəsidir”, - İskəndəryan qeyd edib.

Politoqloq onu da əlavə edib ki, Azərbaycanın növbəti hədəfi Zəngəzurdan keçən dəhlizdir: “Bu, artıq onların gündəmindədir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR