İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD liderinin İstanbulda saxlanıldığı iddia edilir- Ərdoğan açıqlayacaq...

2059 26.05.2022 20:19 Gündəm A A

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbu əl-Həsən əl-Qüreyşinin İstanbulda xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı bildirilir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəbər rəsmi qurumlar tərəfindən hələlik təsdiq edilməyib.

İddia edilir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD liderinin saxlanıldığını şəxsən elan edəcək.

Xatırladaq ki, 2014-cü ildə xilafətini elan edən İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrında ABŞ-ın İdlibdə keçirdiyi əməliyyat zamanı öldürülüb öldürülüb.

Təşkilatın növbəti lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşi olub.

Əbu İbrahim əl-Haşimi əl-Qureyşi əvvəlki lider əl-Bağdadi ilə eyni aqibəti yaşayıb. O, 2022-ci il fevralın 3-də ABŞ-ın İdlibdə keçirdiyi əməliyyat zamanı məhv edilib.

Mənbəhttps://www.cumhuriyet.com.tr/turkiye/erdogan-aciklayacak-isidin-yeni-lideri-ebu-hasan-el-kureysinin-istanbulda-yakalandigi-iddia-edildi-1940158

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR