İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın mərkəzinə çoxsaylı polis yeridildi - FOTO

705 20.05.2023 20:29 Region A A

Ermənistan paytaxtında gərginlik artan xətt üzrə davam edir.

Musavat.com xəbər verir ki, müharibədə ölən əsgər Jora Martirosyanın anası Qayane Akopyanın həbsinə etiraz olaraq yürüş edən vətəndaşlar Ermənistan hökumətinin binasına doğru axın edir. Bu səbəbdən hökumət binasının qarşısına çox sayda polis qüvvələri yerləşdirilib.

Yüzlərlə asayiş keşikçisi Nazirlər Kabinetinin binası qarşısında bir neçə cərgədə düzülüb.

Qeyd edək ki, İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi hakim Jora Çiçoyanın sədrliyi ilə bu günlərdə Ermənistan baş nazirinin oğlunu qaçırmağa cəhddə şübhəli bilinən Qayane Akopyanın həbsi barədə qərar qəbul edib, bu da kəskin etirazlar doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR