İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan sərsəm iddialar - Qriqoryan həddini aşdı

1964 27.04.2023 11:03 Region A A

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan növbəti dəfə sərsəm fikirləri ilə gündəmə gəlməyə çalışıb. O iddia edib ki, 2020-ci ilin 9 noyabrında verilən açıqlamaya görə, Laçın dəhlizi Rusiya Federasiyasının nəzarətinə verilib və orada Rusiya sülhməramlıları yerləşdirilib.

“Azərbaycanın imzaladığı 9 noyabr tarixli bəyanata əsasən, Laçın dəhlizi tamamilə Rusiya Federasiyasına verilib və hazırda Laçın dəhlizində baş verən hadisələrə görə tam məsuliyyəti məhz o daşıyır. Təbii ki, müxtəlif ittihamlar, açıqlamalar ola bilər, amma reallıq belədir. Və təbii ki, Rusiya elə hərəkət etməlidir ki, Dağlıq Qarabağda yaşayan 120 min erməni etnik təmizləməyə məruz qalmasın. Çünki bu aksiyaların yeganə məqsədi Dağlıq Qarabağda etnik təmizləmə aparmaqdır” - Qriqoryan cəfəngiyyatlarını davam etdirib.

Musavat.com-un məlumatına görə, Ermənistan rəsmisi iddia edib ki, Azərbaycan ictimaiyyəti bu barədə danışır, o cümlədən rəsmi səviyyədə Dağlıq Qarabağda yaşayan ermənilərə ultimatumlar təqdim edir.

“Rusiya Federasiyası hərəkətə keçməlidir”, - Qriqoryan bildirib. Qriqoryan həddini aşaraq deyib ki, problem danışıqlar yolu ilə həll olunmasa, o zaman Rusiya addım atmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR