İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda təlaş: Abramyan: "Azərbaycan Ordusu bir neçə saata..." - Şahin Nəcəfli və Mürvət Həsənli ilə müzakirə

1939 13.09.2022 14:56 Gündəm A A

Azərbaycan Ordusunun giziri şəhid olub. Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında sərhəddə törətdiyi təxribatlar nəticəsində XTQ-nin giziri Səid Həsənov şəhidlik zirvəsinə yüksəlib. Səid Həsənov Cəlilabad rayonun Əsədli kəndində anadan olub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən S.Həsənov sağlığında "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.

Azərbaycan bir neçə saat ərzində yeni sərfəli mövqelərə çıxmaqla, Ermənistanın kommunikasiyalarına nəzarəti gücləndirməklə, hərbi infrastruktura zərbələr endirməklə öz minimum vəzifəsini artıq həll edib.
Bunu erməni deputat Tiqran Abramyan qeyd edib.

“Ermənistan hakimiyyətinin bəyanatlarından aydın olur ki, Azərbaycanın tələbləri daha əhatəlidir”, - o bildirib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 15.00-də siyasi şərhçi Şahin Nəcəfli və iş adamı Mürvət Həsənli ilə “Canlı debat”da müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR