İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda qəbiristanlıq “xidmətlər”i təklif olunur-qiymətlər  

764 22.03.2023 01:38 Region A A

 

Ermənistanın paytaxtı İrəvanda əhaliyə yeni xidmətlər təklif olunub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, söhbət qəbiristanlıq xidmətlərindən gedir. Belə ki, qəbir sahəsinin dəmir-beton təməlinin qoyulması hər kubmetr üçün 175 000 drama (450 dollar) başa gələcək. Bu məbləğə həm material, həm də əmək daxildir.

Qeyd olunub ki, İrəvan qəbiristanlıqlarının administrasiyası (“Əhaliyə xüsusi xidmət” dövlət təşkilatı) bir sıra yeni pullu xidmətlər tətbiq edib.

Belə ki, 1x2,5 m-dən 3x2,5 m-ə qədər və bazalt qruntda 4x2,5 m-dən 5x2,5 m-ə qədər olan ərazilərdə 4 saata qədər çuxur qazmaq müvafiq olaraq 90 və 130 min drama (230 və 330 dollar) başa gələcək və hər əlavə saat üçün - 30 min dram (təxminən 75 dollar) ödəniləcək.

Qazılmış torpağın daşlardan təmizlənməsi və qəbiristanlığın ərazisindən çıxarılması xidməti də təklif olunur. Göstərilən ölçülərdəki iş üçün qiymət müvafiq olaraq 45 və 65 min (115 və 165 dollar) olacaq.

Bundan əlavə, sahənin dəmir-beton bünövrəsinin qoyulması üçün xidmət təklif olunur - hər kubmetr üçün 175 000 dram (450 ABŞ dolları) tələb olunacaq. Bu məbləğə həm material, həm də əmək daxildir.

Beləliklə, fəlakətlər içərisində olsa da, hələ də ötənlərdən ibrət götürməyən ölkə indi də qəbir biznesinə girişib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR