İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda qəbiristanlıq direktoru rüşvət almağa görə həbs edilib

407 30.10.2023 17:07 Region A A

İrəvanda qəbiristanlıq direktoru rüşvət almağa görə həbs edilib.

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İş materiallarına görə, A.S. qohumunun İrəvan inzibati dairəsinin Nork-Maraş ərazisində yerləşən qəbiristanlıqda dəfn edilməsi üçün konkret torpaq sahəsinin ayrılması məqsədilə V.K.-dan 2,5 min ABŞ dolları məbləğində rüşvət alıb.

O, G.E.-nin vasitəçiliyi ilə 2 min dollarlıq “mükafat”la başqa oxşar sövdələşmə də edib.

Sadalanan şəxslərin hamısı həbs edilib: A.S. korrupsiyaya görə, V.K. və G.E. rüşvət verməyə görə.

İbtidai istintaq davam edir.

Mənbə: Erməni KİV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR