İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

1178 12.06.2026 12:08 Region A A

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binası önünə polis qüvvələrinin xüsusi təyinatlı bölmələri cəlb edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata görə, Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası saat 13:00-da MSK binası qarşısında etiraz mitinqi keçirəcəyini anons edib.

Hüquq-mühafizə orqanlarının binanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməsi məhz bu addımla əlaqələndirilir.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda Milli Assambleyaya (parlamentə) növbəti seçkilər keçirilib. Bülletenlərin 100%-i sayıldıqdan sonra hakim "Mülki Müqavilə" partiyası 49,81% səs toplayıb və baş nazir Nikol Paşinyan artıq partiyasının qələbəsini elan edib.

Rəsmi nəticələrə görə, ikinci yeri 23,29% səslə "Güclü Ermənistan" alyansı, üçüncü yeri 9,94% səslə "Ermənistan Alyansı" qazanıb. Mitinq elan edən "Çiçəklənən Ermənistan" partiyası isə 3,996% səs toplayaraq parlamentə keçid üçün tələb olunan minimal baryeri aşa bilməyib. Parlament seçkilərində ümumi seçici fəallığı isə 58,97% təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR