Milli Məclisin deputatı Səbinə Salmanovanın ailəsinə ağır itki üz verib.
Musavat.com xəbər verir ki, deputatın atası Qədir Salmanov vəfat edib.
Mərhumla vida mərasimi sabah keçiriləcək. O, Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
Mərhumun üç mərasimi isə iyulun 8-də saat 11:00-da Bakıdakı Heydər məscidində keçiriləcək.
Musavat.com kollektivi mərhum Qədir Salmanova Allahdan rəhmət diləyir, deputat Səbinə Salmanovaya, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Musavat.com






