İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan da təsdiqlədi: iyunun 12-sində Vaşinqtonda!

930 05.06.2023 16:14 Siyasət A A

 

Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması və sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər.

Musavat.com bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. O, əlavə edib ki, müzakirələrin növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

İyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə müzakirələr başlayacaq. “Digər təfərrüatlar əlavə olaraq açıqlanacaq”, - XİN-in mətbuat katibi bildirib.

Qeyd olunub ki, bundan qabaq Azərbaycanın xarici işlər naziri C.Bayramov Vaşinqtonda keçiriləcək danışıqların raundu haqda açıqlama verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR