İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqa gedənlərin NƏZƏRİNƏ - FOTO

1052 09.01.2024 16:27 Son xəbər A A

Azərbaycan Respublikasının vətəndaşları İraq Respublikasına səyahət edərkən giriş vizalarını birbaşa sərhəd-keçid məntəqələrində əldə edə biləcəklər.

Musavat.com-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov “X” platformasında məlumat verib.

NASİR .png (141 KB)

Səfir qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlarının İraq Respublikasına səyahət edərkən giriş vizalarını sərhəd-keçid məntəqələrində əldə edə bilmələri ilə bağlı İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb.

“Bununla əlaqədar başda İraq Respublikasının baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, - deyə səfir yazıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR