İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı tələbə dissertasiya işinə Pişəvərinin adı ilə başlayıb - FOTO/VİDEO

705 20.09.2023 14:38 Son xəbər A A

“Tasnim News” keçmiş siyasi məhbus və tələbə Leyla Hüseynzadənin dissertasiyasının müdafiə iclasındakı çıxışının  sosial şəbəkələrdə yayımladığı videosunu yenidən dərc edərək, Tehran Universitetinin Seyid Cəfər Pişəvərinin və Qazi Məhəmmədin adının hallanmasına görə sərt tənqid edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Sosial şəbəkələrdə paylaşılmış video görüntülərə əsasən, Leyla Azərbaycan Demokrat Firqəsinin rəhbəri və Azərbaycan Milli Hökumətinin ilk Baş naziri Seyid Cəfər Pişəvərinin və Mahabad Muxtar Hökumətinin banisi Qazi Məhəmmədin adını çəkir.

Lakin qeyd edək ki, onun dissertasiya mövzusu “İranın müasir şəhərlərində Milli və Etnik Kimlik, tipik olaraq Nəğədə (Sulduz) şəhəri üzrə tədqiqat” başlığı ilə qeyd edilir.

Xatırladaq ki, Nəğədə şəhəri tarixi adı ilə desək, Güney Azərbaycanın Sulduz şəhəridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR