İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla yaşadığımız konflikt hansı mənada bizim xeyrimizədir? VİDEO

516 31.01.2023 20:33 Gündəm A A

Şahin Cəfərli: “İran məsələsi beynəlxalq gündəmə gəlirsə, Azərbaycanın da önəmi artır”

Bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində politoloq Şahin Cəfərli “İranla yaşadığımız konflikt hansı məqamda bizim xeyrimizədir?” sualına cavab verib.

O, bildirib ki, İran məsələsi beynəlxalq gündəmə gəlirsə, Azərbaycanın da önəmi artır. Politoloqun sözlərinə görə, Azərbaycanın Qərb üçün də, İsrail üçün də geostrateji əhəmiyyəti artır: “İndi məcbur deyil ki, mütləq Azərbaycan ərazisindən İrana hücum etsinlər. Azərbaycan həm Qərblə tərəfdaşlıq edən bir dövlət olaraq, həm də israillə tərəfdaş olan ölkə kimi bu proseslərdə əhəmiyyətimiz artır. Məsələnin müsbət tərəfi bundan ibarətdir. Bu, ona gətirib çıxara bilər ki, gələcəkdə İran dövləti hansısa bir bölünmə mərhələsinə qədəm qoyarsa, bu proseslər başlayarsa, o proseslərin gedişatında Azərbaycanın da sözü eşidiləcək. Bu, çox önəmli detaldır. Çünki orda çox böyük Azərbaycan türkü faktoru var. Təbii ki, oturub gözləsək, heç kim bizi bu prosesə daxil etməyəcək. Azərbaycan özü bu prosesə daxil olmalı, prosesləri diqqətlə izləyib, analiz etməli, mövqeyini ifadə etməlidir”.

Hazırda canlı yayımlanan verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR