İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı ŞOK AÇIQLAMA -2,8 milyard dollar...

816 20.02.2024 14:24 Dünya A A

ABŞ-ın “American Club” sığorta şirkətindən məsuliyyət sığortası almış 27 tanker İrana qarşı sanksiyaları pozub.

Musavat.com xəbər verir ki, bu barədə “New York Times” qəzetinin araşdırmasında bildirilir.

Məlumata görə, şirkət tərəfindən sığortalanmış gəmilər dəniz məlumatlarından və peyk şəkillərindən istifadə edərək məlumat bazası yaradıblar.

Tədqiqatçılar gəmilərin yerlərini gizlətmək üçün saxta məkanlar yaradan “spoofing” adlı proqramdan istifadə etdiyini müəyyən ediblər.

Qeyd olunub ki, 2023-cü ilin avqustunda “Glory” adlı tanker İranın Aseluye bölgəsində neft yükləyərkən məkan yeri kimi Birləşmiş Ərəb Əmirlikləri sahilləri göstərilib.

Bu çərçivədə, “American Club” tərəfindən sığortalanmış 27 tankerin 2023-cü ildən bəri 59 milyon barrel neft daşıdığı təxmin edilir ki, bu da təxminən 2,8 milyard dollar dəyərindədir.

Kpler” şirkətinin hesablamalarına görə, tankerlərin daşıdığı neft o vaxt İranın neft ixracının təxminən 9 faizini təşkil edib.

Eyni zamanda, tankerlərin bir çoxunun ABŞ-ın sanksiyaları altında başqa ölkələrdən də neft aldıqları bildirilir.

Belə ki, bu tankerlərdən 8-i İran neftini daşımazdan əvvəl sanksiyalara məruz qalan Venesuela neftini daşıyarkən yerlərini gizlədiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR