İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın İsfahan şəhəri yaxınlığındakı hərbi bazasına ZƏRƏR DƏYİB

649 19.04.2024 11:18 Son xəbər A A

Ötən gecə İsfahan şəhəri yaxınlığındakı hərbi bazaya zərbə endirilib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adı açıqlanmayan 3 İran rəsmisinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, hərbi bazaya zərər yetirən zərbə İran ərazisindən buraxıldığı ehtimal edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib və nəticədə onlar hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilməyib. Mənbələr qeyd edib ki, İran silahlı qüvvələri İsfahandan təxminən 800 km aralıda yerləşən Təbriz şəhəri ərazisində bir neçə kiçik pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olub.

İki İsrail rəsmisi qəzetə açıqlamalarında hücumun arxasında İsrail hərbçilərinin olduğunu təsdiqləyib.

İran mediası cümə günü yerli vaxtla təxminən saat 03:00-da İsfahan əyaləti üzərində səmada pilotsuz uçan aparatların aşkarlanması barədə məlumat yayıb. İran dövlət televiziyasının məlumatına görə, İsfahan şəhəri səmasında hava hücumundan müdafiə sistemləri ilə 3 pilotsuz təyyarə vurulub. “Tasnim” agentliyinin məlumatına görə, İran ərazisinə raket zərbəsi endirilməyib. “Press TV” mənbələrə istinadən xəbər verir ki, İran şəhərləri heç bir xarici dövlətin hücumuna məruz qalmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR