İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Ermənistana ixracı rekord həddə çatıb

893 18.07.2024 09:00 Dünya A A

İranın Ermənistana ixrac həcmi 700 milyon dolları ötüb və tezliklə bu ölkəyə ixracda Çini keçəcəyinə ümid edirlər.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, bununla bağlı, İran-Ermənistan Birgə Ticarət Palatasının sədri Hervik Yaricanyan deyib: “İran ilk dəfə olaraq Ermənistana 700 milyon dollarlıq ixraca nail olub və bu şəkildə davam etsək, Çini də keçərək bu ölkəyə ikinci ixracatçı ölkə ola bilərik”.

Onun sözlərinə görə, ötən illərdə bəzi səbəblərdən, əsasən keyfiyyətsiz malların ixracı bu sahədə iki ölkənin uğur qazanmasının qarşısını alıb.

“Ermənilər İran mallarının qiymətlərinin digər ölkələrdən daha ucuz olduğunu görəndə, mütləq bizə tərəf hərəkət edəcəklər”, - deyə Hervik Yaricanyan əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR