İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı etirazlara xaricdən REAKSİYALAR

344 18.01.2023 17:25 Region A A

 

Britaniya parlamentinin üzvü Endi Last maraqlı açıqlama ilə çıxış edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Endi Last bunları deyib: “Əlirza Əkbərinin qızı mənə dedi ki, İslam Respublikası onun atasının cənazəsini ailəsinə təhvil verməyə hazır deyil və ailə əməkdaşlıq etməsə, cəsədi məhv etməklə hədələyib”.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kloreli isə bildirib ki,  biz ölüm hökmündən siyasi alət kimi istifadə edən İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziriyə sanksiya tətbiq edirik:

 “Məsləhət və əlavə addımlar üçün İrandakı səfirimizə zəng edəcəyik”.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə deyib ki, İran hökumətinin reaksiyası dəhşətli və iyrəncdir, insan haqlarının əsasını pozur.

Hollandiya xarici işlər naziri Voepke Hoekstra İranın səfiri Əlirza Kazimi Abdini yanına çağıraraq, Əlirza Əkbərinin edamı ilə bağlı narahatlığını ona çatdırıb.

Parisdə Eyfel qülləsi isə İrandakı etirazçılara dəstək məqsədilə "Qadın, həyat, azadlıq" və "Edamları dayandırın!" yazısı ilə işıqlandırılıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR