İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda rəqəmsal rial dövriyyəyə buraxılır

495 18.06.2024 19:01 Region A A

İran Mərkəzi Bankı iyunun 21-dən Kiş adasındakı azad ticarət zonasında rəqəmsal rialı dövriyyəyə buraxacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumat bankın yaydığı açıqlamada yer alıb.

Hazırda layihədə İranın Mellat və Tejarat bankları iştirak edir.

İran Mərkəzi Bankı qeyd edir ki, ölkədə istifadə olunan digər elektron pullardan fərqli olaraq, “rəqəmsal rial alıcı və satıcı arasında pul köçürməsi üçün banklararası hesablaşma tələb etmir”, onlar əməliyyatdan sonra dərhal satıcının istifadəsinə verilir. Bəyanatda bildirilir ki, bu ödəniş üsulu ənənəvi bank kartlarından istifadə etməklə həm daha sadə, həm də təhlükəsizdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR