İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda prezidentliyə potensial namizədlərin adları 

1117 30.05.2024 21:10 Dünya A A

 

İran Daxili İşlər Nazirliyinin paytaxt Tehrandakı qərargahı cümə axşamı prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı prosesinə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,  bəzi islahatçılar parlamentin keçmiş spikeri Əli Laricani və Həsən Ruhaninin dövründə birinci vitse-prezident olmuş İshaq Cahangirinin namizədliyini irəli sürmək niyyətindədirlər.

Laricani hələ yekun qərar verməyib və "görəcəyik" deyə bildirib. Cahangirinin cavabı da aydın deyil.

Mühafizəkarlar üçün ən çox ehtimal olunan namizədlərdən biri olan Məhəmməd Bağer Qalibaf bu yaxınlarda parlamentin sədri seçilib.

Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif isə prezidentliyə namizəd olmaq niyyətində olmadığını söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR