İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs etdilər- ETİRAZ

785 19.04.2023 12:11 Region A A

Tehran və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aksiyaçılar  “Diktatora ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər.

Müxtəlif şəhərlərdə divarlara İİR əleyhinə şüarlar yazmaq trendi davam edib.

Sosial şəbəkələrdə yayılan videolara görə, qadınlar məcburi hicaba riayət etmirlər.

Tehran əyaləti:

Tehranın müxtəlif məhəllələrində etirazçılar hökumət və Əli Xameneiyə qarşı şüarlar səsləndirərək etiraz aksiyası keçiriblər: “İslam respublikası devrilənə qədər ayaqdayıq!”, “Diktatora ölüm!”, “Xameneiyə ölüm!” 

Etirazlar xaricdə də davam edib. Hollandiyanın Qroningen şəhərində iranlılar divarlara “Qadın, həyat, azadlıq!” şüarını və etirazlarlarda həlak olanların adlarını yazıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR